Zəfəranla məşqul olmaq fikri 1959-cu ildən yaransa da ideya tam olaraq 2016-cı ilin noyabr ayında İran islam respublikasının Məşhəd şəhərinin ziyarəti zamanı formalaşmışdır. Zəfəranın əkini, becərilməsi, yetişdirilməsi, toplanılması, qurudulması,  qablaşdırılması, zəfəran əsaslı müxtəlif tibbi  kosmetoloji məhsulların istehsalı və satışı üçün “AZSAFFRON” şirkətini təsis etdik.

Beləliklə, zəfəran haqqında ətraflı bilikləri öyrənməyə çalışdıq, dünyada və Azərbaycanda zəfəranla bağlı həm keçmiş, həm də müasir dövrün ənənələrini, vərdişlərini, elmi təcrübələrini toplayaraq qısa metrajlı bir film yaratdıq. Tövsiyə edirik ki,bu nəfis filmə baxaraq öz biliklərinizi artırmaqla yanaşı, bizə www.azsaffron.az saytı və ya elektron ünvanımız info@azsaffron.az vasitəsilə rəylərinizi, təkliflərinizi, tövsiyə və iradlarınızı bildirəsiniz.

Film ərsəyə gəldikdən sonra isə 27.07.17 tarixində Park İnn oteldə bu sahənin mütəxəssisləri, Bəhrəman şirkətinin rəhbərliyinin, alimlərin və bir sıra digər şəxslərin iştirakı ilə keçirilən birinci Elmi-Praktiki Konfransda ideyalarımızi, həmçinin, filmimizi onların müzakirəsinə təqdim etdik. Həmin gün biz eyni zamanda, “AZSAFFRON” şirkətinin Miktea brendi altında olan müxtəif çeşidli zəfəran əsaslı çaylar istehsal etdiyindən də söhbət açdıq.

Zəfəran haqqında
Park Inn otelində keçirilmiş təqdimat

05.10.17 tarixində isə Bakıda zəfəran  ofisinin açılış mərasimi oldu. İstehsal etdiyimiz çayların, tədarük etdiyimiz Bilgəh zəfəranının satışı və reklamı ilə məşqul olmaq üçün bir sıra ticarət şirkətləri və apteklərlə müqavilələr bağladıq və təqdimat mərasimləri keçirdik.

Gördüyümüz bu işlərlə yanaşı Azərbaycan zəfəranının əvvəlki şöhrətini  qaytarmaq üçün, zəfəran sahəsi ilə məşqul olan bütün hüquqi və fiziki şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədilə Azərbaycan Zəfəran Asossasiyasını yaradılmasına ehtiyac duyulurdu.

Bu məqsədlə 27.07.18-ci il tarixində Park İnn oteldə geniş formatda təbiətin möcüzəsi, min bir dərdin dərmanı “Zəfəran”-a həsr olunmuş ikinci Elmi Praktiki Konfrans keçirildi. Həmçinin bu konfransda iştirakçıların yekdil rəyi, fikri və qərarı ilə “Azərbaycan Zəfərançılığının İnkişafı Asossasiyası” təsis edildi və 18.03.2019-cu ildə Ədliyyə Nazirliyi tərəfindən uğurla qeydiyyata alındı.